Bank
23.01.2024 / 10:47
Problemli kreditlərin məbləği 26% azalıb
40937
Bu il yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 437,8 milyon manat təşkil edib.
Valyuta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 0,6 % azdır.
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 26,3 % azalıb.
2023-cü il dekabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8 % təşkil edib. Bu nisbət noyabrın sonuna 1,9 %, 2022-ci il dekabrın sonuna isə 2,9 % olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay