Bank
23.01.2024 / 10:00
“Yelo Bank”ın Mərkəzi Bank qarşısında borcu 92 milyon manata yaxın olub
40922
“Yelo Bank”ın 2023-cü ildə Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliyi 91 milyon 274 min manat olub.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, “Yelo Bank”ın 2023-cü ildə Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliyi 2022-ci illə müqayisədə 4 milyon 020 min manat, yaxud da 4,6 % çoxdur.
“Yelo Bank”ın 2022-ci ildə Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliyi 87 milyon 254 min manat olub.
Xatırladaq ki, bankın ötən il aktivlərinin məbləği 1 milyard 566 milyon 452 min manat olub. Bu, 2022-ci illə müqayisədə 90,6% çoxdur. Bankın öhdəlikləri 1 milyard 467 min 384 manat olub, bu, illik müqayisədə 96,8% çoxdur.
Nara
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay