“PAŞA Bank” ASC ötən ili 200 milyon manat xalis mənfəətlə başa vurub
“PAŞA Bank” ASC 2023-cü ili 199 milyon 209 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “PAŞA Bank”ın gəlirləri 669 milyon 696 manat (əvvəlki illə müqayisədə 34,5% çox), xərcləri 364,768 milyon manat (28,5% çox), xüsusi ehtiyatlara ayırmaları 48,712 milyon manat (3,2 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “PAŞA Bank”ın aktivləri 8 milyard 651,371 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,5% çoxdur. Bunun 2 milyard 744,92 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə bankın kredit portfeli 2,8% böyüyüb.
2023-cü ildə “PAŞA Bank”ın öhdəlikləri 0,5% azalaraq 7 milyard 814,178 milyon manata, o cümlədən depozit portfeli 1% azalaraq 6 milyard 935,175 milyon manata düşüb, balans kapitalı isə 26,3 % artaraq 837,192 milyon manata çatıb.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay