“Bank Respublika”nın maliyyə institutlarına borcları 400 milyon manatı ötüb
“Bank Respublika”nın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin məbləği 2023-cü il ərzində 420 milyon 319 min manat olub.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, “Bank Respublika”nın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin məbləği 2023-cü ildə 2022-ci il ilə müqayisədə 41 milyon 656 min manat, yaxud da 11% artıb.
“Bank Respublika”nın 2022-ci ildə kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin məbləği 378 milyon 663 min manat olub.
Xatırladaq ki, “Bank Respublika”nın aktivlərinin məbləği 2 milyard 130 milyon 976 min manat olub, bu illik müqayisədə 34,4%, yaxud da 546 milyon 119 min manat çoxdur.
O cümlədən, “Bank Respublika”nın 2023-cü ildə öhdəliklərinin məbləği 1 milyard 975 milyon 217 min manat olub. Bu, 2022-ci illə müqayisədə 34,6% çoxdur.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay