Bank
19.01.2024 / 09:34
“Bank Avrasiya”nın bu gəlirlərində kəskin azalma
40718
“Bank Avrasiya”nın 2023-cü ildə ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 896 min manat olub.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, 2023-cü ildə “Bank Avrasiya” nın ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 2022-ci illə müqayisədə 176 min manat, yaxud da 16,4 % azdır.
2022-cü ildə “Bank Avrasiya” nın ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirlərinin məbləği 1 milyon 072 min manat olub.
Hesabat dövründə, “Bank Avrasiya”nın xarici valyutadan gəliri 273 min manat olub, bu, 2022-ci illə müqayisədə 502 min manat, yaxud da 64,7% azalma deməkdir.
2022-ci ildə bankın xarici valyutadan gəliri 775 min manat olub.
Nara
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay