Bank
19.01.2024 / 09:15
"Muğan Bank"ın ipoteka kreditləri portfeli 6 banka ötürülüb
40715
Ləğv prosesində olan "Muğan Bank" ASC-nin ipoteka kreditləri portfeli 6 banka ötürülüb.
Valyuta.az xəbər verir ki, həmin banklar "Bank Respublika", "Express Bank", "PAŞA Bank", "Premium Bank", "Rabitəbank" və "Turan Bank" ASC-lərdir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı "Muğan Bank"ın lisenziyasını ötən ilin oktyabr ayında ləğv edib. Tənzimləyici qurum qərarını Bankın məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3 %-dən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmaması ilə izah edib.
©Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay