Türkiyə bankı Naxçıvanda filial açır
“Ziraat Bank Azərbaycan”ın Naxçıvanda filialı fəaliyyətə başlayacaq.
Valyuta.az xəbər verir ki, bununla bağlı yanvarın 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Ziraat Bank Azərbaycan” ASC İdarə Heyətinin sədri Selçuk Demirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə “Ziraat Bank Azərbaycan”ın Naxçıvan filialının yaradılması barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Naxçıvanda yeni filialın yaradılmasında məqsəd yerli sahibkarlara və investorlara keyfiyyətli, operativ bank xidmətləri göstərməkdir. Burada həm hüquqi, həm də fiziki şəxslərə geniş çeşidli bank xidmətləri təqdim olunacaq.
Görüşdə Naxçıvanda fəaliyyət göstərən sahibkarlar, xüsusilə inşaat sektoru üzrə fəaliyyət göstərən iş adamları üçün biznes kreditlərinin əlçatanlığının təmin olunması perspektivləri müzakirə edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay