BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
40678

Ötən il “Expressbank”ın xalis mənfəəti illik müqayisədə 3,2% və ya 393,9 min azalaraq 12,01 milyon manata  enib. Halbuki, 2022-ci ildə bank 12,4 milyon manat xalis mənfəət əldə etmişdi. 

Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir. 

Hesabat dövründə bankın faiz gəlirləri 19.5% artaraq 57,7 milyon manat, faiz xərcləri isə 50.2% artaraq 15,5 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 18,96 milyon manata (illik müqayisədə 2.8% çox), qeyri-faiz xərcləri isə 42,7 milyon manata (illik müqayisədə 5,4% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 18,5 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ilə nisbətən 19% və ya 2,9 milyon manat çoxdur.

Cari ilin yanvarın 1-nə bankın aktivləri illik müqayisədə 28,2% və ya 123,3 milyon manat artaraq 560,2 milyon manata yüksəlib. Ötən il “Expressbank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2,6 dəfə artaraq 409,3 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 189,4 milyon manat, biznes kreditləri 113,4 milyon manat, daşınmaz əmlak kreditləri isə 106,5 milyon manat təşkil edib.

Bu dövrdə “Expressbank”ın cəmi öhdəlikləri 430,3 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 20% çoxdur. Bankın depozit portfeli də ötən il 19,3% manat artaraq 230,4 milyon manata çatıb. Maraqlıdır ki, bankın kredit təşkilatları və maliyyə institutları qarşısında öhdəlikləri son bir ildə 2,3 dəfə və ya 87 milyon manat artıb. 2022-ci ildə bu öhdəlik 67,5 milyon manat olubsa, ötən il bu rəqəm 154,4 milyon manata kimi yüksəlib.

2023-cü il üzrə “Expressbank”ın cəmi kapitalı əvvəlki il ilə müqayisədə 0,6% artaraq 129,9 milyon manat təşkil edib.

Leyli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin