ABB-nin digər banklar və maliyyə institutlarındakı depozitləri 1 milyard manatdan çox azalıb
“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) 2023-cü ildə banklar və digər maliyyə institutlarındakı depozitlərin məbləği 1 milyard 845 milyon 788 min manat olub.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, ABB-nin banklar və digər maliyyə institutlarındakı depozitlərinin məbləği 2023-cü ildə 2022-cü illə müqayisədə 1 milyard 394 milyon 081 min manat, yaxud da 43% azalıb.
ABB-nin 2022-ci ildə banklar və digər maliyyə institutlarındakı depozitlərin məbləği 3 milyard 239 milyon 869 min manat olub.
Bununla yanaşı, ABB-nin ticarət və investisiya qiymətli kağızlara yatırdığı investisiyaların məbləği 2023-cü ildə 2 milyard 284 milyon 852 min olub. Bu, 2022-ci illə müqayisədə 755 milyon 364 min manat, yaxud da 24,8% azdır.
Qeyd edək ki, ABB-nin 2022-ci ildə ticarət və investisiya qiymətli kağızlara yatırdığı investisiyaların məbləği 3 milyard 040 milyon 216 min manat olub.
Xatırladaq ki, dövlət bankının aktivləri ötən il 370,6 milyon manat azalaraq 13,668 mlrd. manata enib.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay