“Bank Respublika”nın xərcləri 33 milyon manatdan çox olub
“Bank Respublika” 2023-cü il ərzində 40 milyon 253 min xalis mənfəət əldə edib. Valyuta.az maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 51,3%, yaxud da 13 milyon 601 min manat çoxdur.
“Bank Respublika”nın faiz gəlirləri 189 milyon 745 min manat olub. Bu, 2022-ci illə müqayisədə 36,9%, yaxud da 51 milyon 157 min manat çoxdur. Belə ki, “Bank Respublika”nın qeyri-faiz gəlirləri 117 milyon 035 min manat olub ki, bu, illik müqayisədə 38%, yaxud da 32 milyon 244 min manat çoxdur. Ümumiyyətlə, bankın cəmi gəlirləri 230 milyon 601 min manat olub, bu, illik müqayisədə 29,6% çoxdur.
Hesabat dövründə bankın faiz xərcləri 2022-ci illə müqayisədə 18 milyon 912 min manat, yaxud da 35,1% artaraq 72 milyon 709 min manat olub. “Bank Respublika”nın qeyri-faiz xərcləri 14 milyon 902 min manat yaxud da 16,4% artaraq 105 milyon 647 min manat olub. Bankın hesabat dövründə cəmi xərcləri 178 milyon 356 min manat olub. Bu, illik müqayisədə 23,3%, yaxud da 33 milyon 814 min manat çoxdur.
“Bank Respublika”nın aktivlərinin məbləği 2 milyard 130 milyon 976 min manat olub, bu illik müqayisədə 34,4%, yaxud da 546 milyon 119 min manat çoxdur.
O cümlədən, “Bank Respublika”nın 2023-cü ildə öhdəliklərinin məbləği 1 milyard 975 milyon 217 min manat olub. Bu, 2022-ci illə müqayisədə 34,6% çoxdur.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay