Bank
17.01.2024 / 09:45
Ötən il bankların əməliyyat mənfəəti 1,7 mlrd. manata çatıb
40568
Azərbaycanın bank sektorunun xalis əməliyyat mənfəəti 2023-cü ildə 1 milyard 692,4 milyon manata yüksəlib.
Valyuta.az xəbər verir ki, bu 2022-ci illə müqayisədə 22% və ya 304 milyon manat çoxdur. Belə ki, 2022-ci il bankların cəmi əməliyyat mənfəəti 1 milyard 388,3 milyon manat təşkil edib.
Ötən il bank sektorunun xalis mənfəəti isə 1 milyard 75,9 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 17,7% çoxdur.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay