Bank
15.01.2024 / 17:42
“Unibank” 33 milyonluq mənfəətindən səhmdarlarına divident ödəyəcək
40465
Fevralın 13-də “Unibank” Kommersiya Bankı” ASC-nin səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Valyuta.az-ın bankdan əldə etdiyi məlumata görə, yığıncaqda Cəmiyyətin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlər,2023-cü il üzrə maliyyə nəticələrinin və mənfəətinin bölüşdürülməsinə dair məsələlərin müzakirəsi nəzərdə tutulub. Yığıncaq bankın baş ofisində keçiriləcək.
Qeyd edək ki, “Unibank” 2023-cü ilin maliyyə nəticələrinə əsasən 32,9 milyon manat xalis mənfəət əldə edib. Bu isə 2022-ci ilə nisbətən 59 dəfə çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay