“Yapı Kredi Bank Azərbaycan” ötən ili mənfəətlə başa vurub
“Yapı Kredi Bank Azərbaycan” QSC 2023-cü ili 12, 002 milyon manat xalis mənfəətlə başa vurub.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 10,4 dəfə çoxdur.
Ötən il “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 58,709 milyon manat (əvvəlki illə müqayisədə 30,1 % çox), xərcləri 42,927 milyon manat (22,8 % çox) təşki edib.
Bu il yanvarın 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 514,861 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,8 % çoxdur. Bunun 261,91 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 31,8% böyüyüb.
Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 4,8% artaraq 416,88 milyon manata, o cümlədən depozit portfeli 0,8% artaraq 366,695 milyon manata, balans kapitalı isə 16,5% artaraq 97,981 milyon manata çatıb.
Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55, 381 milyon manatdır. Bankın səhmlərinin 99,8%-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01%-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay