Bank
15.01.2024 / 10:14
Şirkətlər və vətəndaşlar “Bank Avrasiya”dan 32 milyon manata yaxın vəsaitlərini geri çəkiblər
40416
“Bank Avrasiya” ASC-nin 2023-cü ildə depozit portfelinin məbləği 48 milyon 484 min manat olub.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Bank Avrasiya” ASC-nin 2023-cü ildə depozitlərinin məbləği 2022-ci illə müqayisədə 31 milyon 215 min manat, yaxud da 39,1% azalaraq 48 milyon 484 min manata enib
Məlumata görə, hesabat dövründə “Bank Avrasiya”da fiziki şəxslərin depozitlərinin məbləği 24 milyon 622 min manat, yaxud da 36,7 % azalaraq 42 milyon 449 min manat olub.
Hüquqi şəxslərin depozitlərinin məbləği isə 6 milyon 594 min manat, yaxud da 2 dəfə azalaraq 6 milyon 034 min manat olub.
Leyli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay