Bank
12.01.2024 / 10:04
“Access Bank” 2 ildir mənfəət vergisi ödəmir
40290
“Access Bank” 2023-cü ilin yanvar-sentyabr aylarında mənfəət vergisi ödəməyib.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, bank 2022-ci ilin 9 ayında da mənfəət vergisi ödəməyib. Bank ümumiyyətlə 2022-ci il ərzində mənfəət vergisi ödəməyib.
Xatırladaq ki, 2023-ci ilin yanvar-sentyabr aylarında “Access Bank” 29 milyon 309 min manat mənfəət əldə edib. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur.
2022-ci il ərzində isə “Access Bank” 15 milyon 037 min manat xalis mənfəət əldə edib. Bu, 2021-ci illə müqayisədə 13,5 dəfə çoxdur.
2022-ci ilin 9 ayında “Access Bank” ın mənfəəti 5 milyon 269 min manat olub, bu, 2021-ci illə müqayisədə 5,7 dəfə çoxdur.
Nara
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay