ABB-nin ötən il üzrə səhmdarlarına ödəyəcəyi dividendin həcmi məlum olub
ABB 2023-cü il üzrə səhmdarlarına 185 milyon manat dividend ödəyə bilər.
Valyuta.az xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
O qeyd edib ki, ABB əsas səhmdarı olan dövlətə, həmçinin sayı 1800-ü ötən fiziki şəxs və özəl səhmdarlarına son beş ildə davamlı şəkildə yüksək dividendlər ödəməkdədir. Bu il də istisna olmayacaq: “Bilirsiniz ki, səhmdarlara dividend qərarı üçün, əvvəlcə konsolidə edilmiş maliyyə hesabatlarımıza kənar audit şirkəti tərəfindən rəy verilməli, daha sonra Səhmdarların Ümumi Yığıncağında dividendlərin ödənilməsi ilə bağlı qərar qəbul olunmalıdır. 2023-cü il ABB-nin sağlamlaşma dövründən sonra ən yüksək əməliyyat mənfəəti qazandığı ildir. Biz ABB menecmenti olaraq bu il, səhmdarlarımıza ödənilən dividendlərin artırılması və minimum 15% gəlirliliyin təmin olunması məqsədilə 185 mln. manat həcmində dividend ödənişi təklif edəcəyik”.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay