“Bank Melli İran”nın Bakı Filialının kredit portfeli 2 dəfədən çox azalıb
“Bank Melli İran”nın Bakı Filialı 2023-cü ili 3,87 milyon manat xalis mənfəətlə başa vurub.
Valyuta.az-ın hesablamasına görə, bu əvvəlki ilə nisbətən 2,1 dəfə çoxdur.
Filial ötən il 3,99 milyon manat faiz gəliri əldə edib ki, bu da illik müqayisədə 328 min manat və ya 9,6 çoxdur. 40,15 min manat faiz xərcləri nəzərə alındıqda bankın xalis faiz gəlirləri 3,6 milyon manata bərabər olub. Başqa sözlə, son bir ildə faiz:xərcləri 5,8 dəfə, xalis faiz gəlirləri isə 136,6 min manat və ya 4,3% azalıb.
“Bank Melli İran”ın Bakı Filialının aktivləri ötən ilin son rübündə 26% artaraq 121,7 milyon manat təşkil edib. Bununla belə kredit portfeli 2 dəfədən çox azalaraq 4,1 milyon manat təşkil edib. Öhdəliklər son bir ildə 21,3 milyon manat və ya 36% artaraq 80,6 milyon manata çatıb.
Filialın cəmi kapitalı bu dövrdə 3,9 milyon manat və ya 10,4% artaraq 41,16 milyon manat olub.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay