Bank
09.01.2024 / 10:39
AMFA sədri: Son 5 ildə BOKT-ların cəmi aktivləri 682 milyon manata çatıb
40080
Son 5 ildə BOKT-ların cəmi aktivləri 2023-cü il üçüncü rübündə 2 dəfə artaraq 682 milyon manata çatıb.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA )Müşahidə Şurasının sədri Cəlal Əliyev “Azərbaycan Maliyyə Forumu: Nailiyyətlər və Çağırışlar” forumunda deyib.
Onun sözlərinə görə, bu aktivlərin 80 faizi müştərilərə verilmiş kreditlərdir.
“Ötən il sentyabrın 30-na müştərilərə verilmiş kreditlər yarım milyard manatı keçib. Bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. BOKT-ların vergi ödənişi də artıb”, - deyə Cəlal Əliyev əlavə edib.
© Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay