Bank
09.01.2024 / 10:22
ABA sədri: Ötən il banklardakı əmanətlərin həcmi 35 mlrd. manata yaxınlaşıb
40077
2023-cü ildə ilkin məlumatlara görə, Azərbaycan bank sektorunun aktivlərinin həcmi 49,2 mlrd. manata çatıb. Bu isə 2022–ci illə müqayisədə 4,5% çoxdur.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev deyib.
“İqtisadiyyata kredit qoyuluşlarının həcmi 18,3% artaraq 23,2 mlrd. manata çatıb. Kreditlərin dollarlaşması əmsalı azalmaqda davam edib və 18,8% təşkil edib. Vaxtı keçmiş kreditlərin portfeldə payı 31% azalıb. Banklardakı depozitlərin ümumi həcmi illik müqayisədə 2,3% artaraq 34,6 mlrd. manata çatıb. Fizika şəxslərin əmanətlərinin həcmi isə 9,2% artaraq 12,5 mlrd. manata çatıb”- ABA sədri əlavə edib.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay