Bank
07.01.2024 / 09:54
Bank kartları ilə bağlı yaranan problem aradan qaldırılıb
39933
Yanvarın 6-da axşam saatlarında Azərikard prosessinq mərkəzinin xidmət göstərdiyi bankların ATM-lərindən, POS terminallarından və mobil tətbiqlərindən istifadə zamanı yaranan məhdudiyyət aradan qaldırılıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Azərikard"dan bildirilib. Prosessinq mərkəzindən qeyd edilib ki, sistemdə baş verən bütün məhdudiyyətlər aradan qaldırılıb, texniki xidmət göstərən şirkətlə birgə tədbirlər görülüb və bütün fəaliyyət tam olaraq bərpa edilib.
Qeyd edək ki, Azərikard prosessinq mərkəzi hazırda Azərbaycanda fəaliyyət göstərən 15 bankla əməkdaşlıq edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay