“AFB Bank”ın sahibinin sığorta itkiləri 3 milyon manata yaxınlaşıb
2023-cü ilin yanvar-noyabr aylarında "AzSığorta" şirkəti 7,8 milyon manat sığorta haqqı toplaya bilib.
Valyuta.az-ın hesablamasına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 26,1% azdır. Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 2,8 milyon manat olub. 2022-ci ilin ilk on bir ayında "AzSığorta"nın yığımları 10,6 milyon manat təşkil etmişdi.
Bu dövrdə yığımlarla yanaşı, sığorta şirkətinin ödənişləri də azalıb. "AzSığorta"nın sığorta ödənişləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk on bir ayında 18% və ya 1,6 milyon manat azalaraq 7,1 milyon manata enib. 2022-ci ilin eyni dövründə bu rəqəm 8,7 milyon manat təşkil edib.
Yığımların ödənişlərə nisbətən daha çox azalması şirkətin zərərliliyini də artırıb. Belə ki, 2022-ci ilin yanvar-noyabr ayında "AzSığorta" topladığı hər 100 manatdan 82 manat ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm hər 100 manata görə 91,3 manata yüksəlib.
Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 14 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay