Bank
26.12.2023 / 11:46
11 ayda dövlət xətti ilə 437 milyon manat ipoteka krediti verilib
39382
Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 436,7 milyon manat kredit verilib.
Vaolyuta.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% çoxdur.
Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 29,2% artaraq 452,6 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 1,3% azalaraq 370 milyon manata, fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8% azalaraq 87,6 milyon manata düşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay