Bank
26.12.2023 / 10:45
Bank sektorunun qazancı 1 mlrd. manata yaxınlaşıb
39375
2023-cü ilin yanvar-noyabr aylarında banklar 997.4 mln. manat xalis mənfəət əldə edib.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik bülletenində bildirilib.. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.
Hesabat dövrü üzrə bank sektoru 1,521.2 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib.
2023-cü ilin 11 ayında banklar tərəfindən 131.3 mln. manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.5% və ya 57.9 mln. manat daha çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay