BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
39360

Azərbaycanın kommersiya bankları tərəfindən verilən nağd istehlak kreditlərin faiz dərəcələri əksəriyyəti maraqlandıran mövzulardandır. Xüsusilə də, Yeni ildən öncə kredit götürmək istəyənlər müəyyən faiz güzəştlərinin tətbiqini gözləyirlər. 

Bəs, dekabr ayında istehlak kreditlərinin faiz dərəcələri necə olub?

Valyuta.az Bizim.Media-nın mövzu ilə bağlı araşdırmasını təqdim edirik:

Kapital Bank

Bu bank öz müştərilərinə illik 19 faiz dərəcəsi ilə 50 min manata qədər kredit təklif edir və komissiya haqqı tutulmur. Amma 59 aylıq bu krediti əldə etmək istəyənlər üçün aşağıdakı şərtlər irəli sürülür:

- Krediti bu bank və ya digər bankdan əmək haqqı/təqaüd alan şəxslər əldə edə bilər;

- Minimal yaş 18 olmalıdır, maksimal yaş isə kreditin son ödəniş tarixinədək 70 yaşı keçməməlidir;

- Son iş yerində staj minimum 3 ay olmalıdır. Təqaüdçü müştərilər üzrə staj tələbi mövcud deyil;

- Xüsusi hallarda zamin tələb edilə bilər;

- Digər banklarda krediti olanlara da kredit verilə bilər.

Azərbaycan Beynəlxalq Bankı

60 ay müddətinə verilən nağd kreditin ən yüksək məbləği 40 min manatdır. İllik faiz dərəcəsi isə 10.9%-dən başlayır. Beynəlxalq Bankda kredit üzrə sığorta haqqı tələb olunmur və komissiya haqqı 0 faizdir.  

Bəs bu krediti kimlər əldə edə bilər?

- Rəsmi gəliri olan, əmək haqqını istənilən bankın kartı ilə alan hər kəs;

- Hazırda işlədikləri müəssisələrdə iş stajı ən azı 6 ay olan əməkdaşlar;

- Yaşı minimum 20, maksimum – kredit öhdəliyinin sonuncu ödəniş tarixinə 70 yaşı olanlar.

Xalq Bank

“Xalq Bank” öz müştərilərinə iki cür kredit məbləği təklif edir ki, bunlar sərfəli və adi kreditdir. Bank dekabr ayının ortalarından etibarən “sərfəli kredit” adı ilə bəzi endirimlər edib. Belə ki, öz müştəriləri üçün nağd istehlak kreditinin maksimal məbləğini artıraraq zaminli 35 000 manat, təminatsız 20 000 manat edib. İllik faiz dərəcəsi 12 faiz, maksimal ödəmə müddəti isə 48 aydır. Kredit almaq istəyən müraciətçi sonuncu iş yerində 12 aylıq iş stajına malik olmalıdır. Adi kreditin ümumi məbləği isə 60 min manat, illik dərəcəsi 12-16 faiz, ödəmə müddəti isə 60 aya qədərdir.  

Bank Respublika

Təklif etdiyi nağd kreditin məbləği 500 – 50 min manat arasında dəyişir. 20 min manata qədər kreditlər zaminsiz, daha yüksək məbləğli kreditlər isə zaminlə verilir. İllik faiz dərəcəsi 10 faizdən başlayır, müddəti isə 6 aydan 48 aya qədərdir. Komissya haqqı məbləğinə görə 0 faizdən başlayır, üstəlik onlayn sifarişlərdə 50% endirim edilir. 

Yelo Bank

Öz müştərilərinə illik 9,9 faizlə 400 manatdan 50 min manata qədər nağd istehlak krediti təklif edir. Ödəmə müddəti 6-59 ay arasında, komissiya haqqı isə 0.5 - 1.5 faiz arasında dəyişir. 

Krediti əldə etmək üçün aşağıdakılar tələb olunur:

- Şəxsiyyət vəsiqəsi;

- Rəsmi gəlirləri təsdiq edən sənəd;

- Yaş həddi: min. 21 yaş;

- Son iş yerində təcrübə: minimum 6 ay.

Ekspress Bank

Nağd kreditin maksimum məbləği 70 min manat, təminatlı kreditlərin məbləği 300 - 40 000 manat, illk dərəcəsi 9.5 faiz, maskimal ödəmə müddəti isə 59 aya qədərdir.

Qeyd edək ki, bank bu vəsaiti iki qaydada – təminatsız və ev təminatlı şərtlərlə verir. Hər ikisinin də şərtləri fərqlidir. Belə ki, təminatsız kreditin məbləği 10 000 - 70 000 manat arasında dəyişir.

İllik faiz dərəcəsi 9.5 faizdən başlayır, müddəti 59 ayadəkdir. Komissiya haqqı 0-3,5 faiz arasında dəyişir. Sığorta tələbi yoxdur.

Ev təminatlı kreditlərdə məbləğ 10 000 - 70 000 manat, komissiya haqqı isə 0-2 faiz arasında dəyişir. 

Qeyd edək ki, şərtlər istehlak krediti üzrə ümumi şərtlərdir, peşə sahibləri üçün təqdim edilən xüsusi kampaniyalara şamil edilmir.

Krediti əldə etmək üçün son iş yerində minimum 6 ay staj və aylıq minimal xalis gəlirin 351 manat olması tələb olunur. 

Access Bank

Kreditin məbləği normal olsa da, illik faiz dərəcəsi bir qədər yüksəkdir. Məbləği 500 – 40 min manat, ödəmə müddəti 6-48 aydır. İllik dərəcəsi 10-26 faiz, komissiya haqqı isə 0-3 faiz arasında dəyişir. 

Krediti əldə etmək üçün son iş yerində minimum 6 ay staj tələb olunur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin