Azərbaycanda bu il aktivlərini ən yaxşı və ən pis idarə edən banklar məlum olub
2023-cü ilin 3-cü rübündə aktivlərini ən yaxşı və ən pis idarə edən banklar məlum olub.
Valyuta.az-ın araşdırmasına görə, bu ilin ilk doqquz ayında aktivlərinin gəlirliliyi (RoA) ən yüksək olan banklar - “Naxçıvan Bank” (5,01%), “Bank VTB Azərbaycan” (4,98%) və Bank Melli İranın Bakı Filialı (4,68%) olub.
“Bank of Baku” aktivlərinin 3,97%-i, ABB 2,93%-i həcmində gəlir əldə edib.
Aktivlərinin gəlirliliyi ən aşağı olan üç bank isə “Premium Bank” (1,55%), “Ziraat Bank Azərbaycan” (1,2%) və “Azərbaycan Sənaye Bankı” (0,66%) olub.
İki bank isə bu ilin ilk doqquz ayında aktivlərindən gəlir əldə etmək əvəzinə zərər edib. Bunlardan biri lisenziyası ləğv edilən “Muğanbank”dır (-0,26%). Digəri isə “Bank BTB”dir. Bank bu ilin üçüncü rübünü zərərlə bitirdiyi üçün aktivlərinin zərərliliyi 0,35% təşkil edib.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay