BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
38908

Bank olmayan kredit təşkilatı (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsini təmin edir.

Bəs BOKT yaratmaq üçün nə qədər vəsait lazımdır? Hansı şərtlərlə BOKT-ların yaradılmasına icazə verilir?

Valyuta.az bununla bağlı araşdırma aparıb.  

"Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva deyib ki, hazırda ölkədə 54 BOKT var: “BOKT yaratmaq üçün minimum nizamnamə kapitalı 300 min manatdır. Qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan (fond) BOKT üçün 30 min manatdır”.

J.Hacıyeva deyib ki, lisenziyanın alınması üçün BOKT Mərkəzi Banka bir sıra sənədlər təqdim etməlidir: “Təsisçi və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs tərəfindən imzalanmış ərizə, dövlət qeydiyyatı haqqında şəhadətnamənin və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri, BOKT üçün təklif edilən nizamnamə (şərikli) kapitalının (əmlak haqlarının) miqdarı, hər bir pay sahibinin (təsisçinin) payı (əmlak haqqı) və payın (əmlak haqqının) əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi barədə məlumatlar və sənədlər, minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi (ilkin əmlakın formalaşdırılması) barədə bank sənədi və digər sənədlər təqdim edilir”.

O əlavə edib ki, lisenziyanın alınması üçün müraciətə Mərkəzi Bank tərəfindən 30 gün müddətində baxılır: “Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar olunduqda, Mərkəzi Bankı onların aradan qaldırılması barədə ərizə qəbul edildikdən sonra 15 gündən gec olmayaraq müraciət edənə yazılı bildiriş göndərir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Mərkəzi Bankı 15 gün müddətində sənədlərə baxır və müvafiq qərar qəbul edir”. 

O, qeyd edib ki, bank olmayan kredit təşkilatları sistem əhəmiyyətli qurumlar deyil, onların maliyyə mənbələri səhmdarlar (kiçik və orta sahibkarlar) və investor şirkətləridir (yerli və xarici): “BOKT-lar kredit risklərini öz hesabına qarşılayırlar və onlar müflis olduğu halda səhmdarlar və investorlar bu riski paylaşırlar. Tələblər maliyyə qurumların daşıdıqları risklərlə fərqlənir. BOKT -ların böyük əksəriyyəti tam formalaşmamış sahibkarlıq subyektlərinə kreditlər verir. Tam formalaşmamış dedikdə, onların fəaliyyətləri müxtəlifdir, olduqca çevikdir, fəaliyyət göstərdikləri istiqamətlər tez dəyişəndir, bəzən qısa müddətlidir, əsasən xammal şəklində əmtəələrin satışı və ya ev şəraitində olan istehsaldır”.

“BOKT-lar əsasən özünə məşğul əhaliyə, eləcə də mikro və kiçik sahibkarlıq subyektlərinə həm gəlir yaradılması fəaliyyəti (biznes təyinatlı), həm də öz həyat şəraitlərini yaxşılaşdırmaq üçün istehlak təyinatlı kreditlər təklif edirlər, həmçinin digər maliyyə xidmətləri göstərirlər. Hazırda BOKT-lar fəaliyyətini genişləndirmək üçün maliyyə resurslarının axtarışındadırlar və  əsas maliyyə mənbəyi istiqrazların buraxılmasıdır, investorlardan vəsatinin xarici valyutanın cəlb edilməsi çox (hədd xərci yüksəkdir) bahalıdır”.

Nara

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin