Mərkəzi Bank 2023-cü ilin son faiz qərarını verir
Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsi ilə bağlı son qərarını verir. İclasın nəticəsi 20 dekabr 2023-cü il tarixində, həftənin çərşənbə günü açıqlanacaq.
Banker.az xəbər verir ki, Mərkəzi Bank cari ildə faizlə bağlı 7 iclas keçirib, onun yalnız üçündə artıma gedib, son noyabr iclasında isə faiz dərəcəsini endirib. Belə ki, fevral iclasında uçot faiz dərəcəsi 8.25 faizdən 8.50 faizə, fevral-mart iclasında 8.50 faizdən 8.75 faizə, may iclasında isə 8.75 faizdən 9.00 faizə qaldırılıb.
Mərkəzi Bankın faiz artımı bazara istənilən təsiri hələ də verə bilməyib. Uçot faiz dərəcəsinin artımı ölkədəki qiymət artımlarını cilovlamaq üçün atılmışdı. Həmin addımların atıldığı gündən bu tərəfə ölkədə inflyasiya azalıb. Məsələn, 2022-ci ilin sentyabrında 13.9 faizə yüksələn illik inflyasiya 2023-cü ilin noyabrına 9.4 faizə düşüb.
AMB-nin inflyasiya üçün hədəf çərçivəsi 2-4% arası diapazondadır. Mərkəzi Bank noyabr iclasında bildirdi ki, illik inflyasiya tempinin azalma meyli davam edir. Bu səbəbdən də uçot faiz dərəcəsini noyabr iclasında 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddini 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddini isə 10%-dən 9.5%-ə endirib.
Requlyatora görə, noyabrda açıqladığı press-relizdə bildirilmişdi ki, inflyasiyanın 2023-cü ilin sonuna 4.3%, 2024-cü ildə 5.3% və 2025-ci ildə isə 3.4% olacağı proqnozlaşdırılır. Cari ildə ardıcıl olaraq bir neçə proqnoz yenilənməsində 2024-cü il və 2025-ci ilə inflyasiya proqnozları hədəf diapazonunda olub.
Mərkəzi Bank pul siyasəti ilə bağlı dekabrdakı və ondan sonrakı qərarların proqnozlaşdırılan inflyasiyanın hədəflə müqayisəsi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla veriləcəyini bildirir.
Belə ki, xarici və daxili mühitlə bağlı risklərin reallaşmadığı və manatın möhkəmlənməsi təzyiqləri səngimədiyi halda pul siyasətinin mərhələlərlə yumşaldılması imkanlarına baxılacağı bildirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay