Bank
15.12.2023 / 11:36
Mərkəzi Bank: Qiymətli kağızlar portfelində gəlirlər 2,2 dəfə artıb
38711
Bu il qiymətli kağızlar portfelində gəlirlər 2,2 dəfə artaraq 442 milyon dollar təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov dekabrın 15-də keçirdiyi brifinqdə deyib.
O bildirib ki, təkrar gəlirlər balansı mütəmadi olaraq profisitlidir və bu profisit bu il azalıb. Bu da pul baratları ilə bağlıdır. Keçən il pul baratları 2,8 milyard dollar, bu il 1 milyard 280 milyon manat həcmində olub. Bu il Rusiyadan 829 milyon dollar pul köçürmələri olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay