“Yelo Bank”ın ümidsiz kreditlərinin məbləği 18 milyon manatı ötüb
“Yelo Bank”ASC bu ilin yanvar-sentyabr aylarında müştərilərə 715 milyon 382 min manat kredit verib.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, bu ilin 9 ayına görə “Yelo Bank”ın vaxtı keçmiş kreditlərinin məbləği 24 milyon 504 min manat təşkil edib. Vaxtı keçmiş kreditlərin kredit portfelində payı 3,43% təşkil edir.
“Yelo Bank”da ümidsiz kreditlərinin məbləği 18 milyon 628 min manat təşkil edib. Ümidsiz kreditlərin portfeldə payı 2,60%-dır.
Bankın təhlükəli hesab etdiyi kreditlərin məbləği 1 milyon 227 min manat təşkil edir. Bu, ümumi kredit portfelində 0,17 %-lik paya malikdir.
“Yelo Bank”ın qənaətbəxş kreditlərinin məbləği 623 milyon 963 min manat təşkil edib. Bu, kredit portfelində 87,22 %-lik paya malikdir.
Bank cəmi kreditlər üzrə 15 milyon 074 min manat məbləğində ehtiyat yaradıb.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay