Mərkəzi Bank: Əhalinin istehlak kreditlərinə olan tələbi artacaq
Cari ilin III rübündə cəmi istehlak kreditləri üzrə kredit standartlarında yumşalma ötən rüb ilə müqayisədə azalıb.
Valyuta.az xəbər verir ki, bu barədə ” Azərbaycan Mərkəzi Bankın keçirdiyi “Kreditləşmə Fəaliyyətinə Dair Sorğunun Nəticələri” ndə bildiirlib.
Bildirilir ki, əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmasa da, kredit kartlar kartları üzrə kredit standartlarında yumşalmada artım və məişət avadanlıqlarının alınması üzrə kredit standartlarında isə sərtləşmə müşahidə edilmişdir. Banklar cari ilin son rübündə cəmi istehlak kreditləri üzrə standartlarda əhəmiyyətli dəyişikliyin olmayacağı qənaətində olsalar da, kredit kartları üzrə standartlarda yumşalmanın azalacağını və əməkhaqqı kartları üzrə kredit standartlarının yumşalacağını proqnoz edirlər.
Sorğuya əsasən əhalinin istehlak kreditlərinə tələbi ötən rüb ilə müqayisədə azalsa da, yüksək olaraq qalmaqdadır. Məişət avadanlıqlarının alınması üzrə kreditlərə tələb azalsa da, kredit kartlarına və əməkhaqqı kreditlərinə tələb son rübdə artmışdır. Banklar cari ilin son rübündə əhalinin istehlak kreditlərinə tələbinin artacağı qənaətindədirlər. Belə ki, banklar əhalinin əməkhaqqı kreditlərinə tələbinin dəyişməyəcəyini, kredit kartları və məişət avadanlıqlarının alınması üzrə kreditlərə tələbin artacağını proqnozlaşdırır.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay