BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
37302

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan üzrə investisiya portfelində ötən ay kəskin artımın səbəbini açıqlayıb.

Valyuta.az xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq bankdan bildirilib ki, ötən ay AYİB böyük bir layihəyə imza atıb. Qeyd olunub ki, hazırda AYİB 240 meqavatlıq "Xızı-Abşeron" külək elektrik stansiyasının tikintisini maliyyələşdirir.

"Bu layihənin icrası üçün Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinə 197,1 milyon ABŞ dolları (186,9 milyon avro) məbləğində sindikatlaşdırılmış kredit ayrılıb. 240 MVt gücündə bərpa olunan elektrik stansiyası istismara verildikdən sonra, ildə 893 giqavat/saata qədər təmiz elektrik enerjisi istehsal edəcək. Yəni, investisiya portfelində artımın böyük hissəsi bununla bağlıdır" - bankın açıqlamasında bildirilib.

Qeyd edək ki, bankın Azərbaycan üzrə portfelinin həcmi bu il oktyabrın 31-nə 948 mln. avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) artıb. Bu rəqəm bank tərəfindən təqdim edilən əvvəlki göstərici ilə müqayisədə 16,5% və ya 134 mln. avro çoxdur. AYİB bu günədək Azərbaycana 189 layihə çərçivəsində 3,751 mlrd. avro həcmində investisiya yatırıb.

AYİB həmçinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə (ASCO) ayrılacaq uzunmüddətli kreditlə bağlı işlərin davam etdiyini bildirilib. 2023-cü ilin əvvəlində ayrılacaq kreditin 100 milyon ABŞ dolları həcmində olacağı qeyd edilsə də, kreditin dəqiq həcmi hələlik açıqlanmayıb. Sözügedən uzunmüddətli kreditin dekabrın 14-də AYİB-in Direktorlar Şurasının iclasında təsdiq ediləcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xaricdən nəqliyyat vasitələri alışına çəkdiyimiz xərc 300 milyon dollara yaxın azalıb

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Rubl və avro bahalaşdı - Məzənnə

Neftimizin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Pulsuz tibbi xidmətlərin sayı artırılır - RƏSMİ

Süni intellekt əsəb və stresi azalda bilərmi? - Araşdırma - SƏHƏR OXUSU

Tehran və Moskvanın dollarla vidalaşması

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin