Bank
24.11.2023 / 16:43
"Bank BTB" kredit verilişinə məhdudiyyət tətbiq etməyə başlayıb
37196
"Bank BTB" kredit verilişinə məhdudiyyət tətbiq etməyə başlayıb.
Valyuta.az bu barədə banka istinadən xəbər verir. Məlumata görə, son bir həftədə nağd kredit verilişinə 3 min manat limit müəyyən edilib. Kredit üzrə illik faiz dərəcəsi 22%, komissiya isə 1-3% təşkil edir. Bildirilib ki, qərar bank rəhbərliyi tərəfindən verilib və müvəqqəti xarakter daşıyır.
Qeyd edək ki, bundan əvvəl isə bank rəsmi əmək haqqının 10 misli həcmində müştərilərə nağd pul krediti təklif edirdi.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay