Banklar aşağı faizlə borclanıb, yuxarı faizlə kredit verir
Azərbaycanda banklar tərəfindən cəlb edilən depozit və əmanətlər üzrə faizlər ensə də, kreditlərdə əks proses müşahidə edilib.
Valyuta.az xəbər verir ki, 2020-ci ilin əvvəlində manatla yeni qəbul edilən depozit və əmanətlərdə orta faiz dərəcəsi 8,35 olduğu halda bu ilin oktyabrında 7,3 faizə enib.
Manatla cəlb edilən vəsaitlərin ucuzlaşmasına baxmayaraq verilən yeni kreditlərdə faizlər artıb. 2020-ci ilin əvvəlində 14,7 faiz olan manatla yeni kreditlərin borclanma dərəcəsi bu ilin oktyabrında 15,8 faizə yüksəlib.
Ümumiyyətlə 2023-cü ildə yeni cəlb edilən vəsaitlərə ödənən dividentlər 7,5-8 faiz arasında dəyişir. Kreditlər isə 15,3 faizlə 16,8 faiz arasında artıb-azalma var.
Müqayisə göstərir ki, əvvəlki illərə nisbətən depozit və əmanət faizlərində qismən azalma var, amma kreditlərdə azalma yoxdur, əksinə bir qədər artım var.
Bu, bankların ucuz vəsait cəlb edib baha borc verməsi anlamına gəlir. Buna görə də son aylarda bankların gəlirində də müəyyən artımlar var.
Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay