Bank
22.11.2023 / 12:14
Mərkəzi Bank: Azərbaycanın strateji valyuta ehtiyatları 34 aylıq mal və xidmət idxalına kifayət edir
36949
Azərbaycanın strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələyib. Belə ki, 2023-cü ilin sentyabr ayının 29-na ölkənin strateji valyuta ehtiyatları 34 aylıq mal və xidmət idxalına kifayət edib. (2023-cü ilin I yarısı üzrə mal və xidmət idxalı götürülməklə).
Valyuta.az xəbər verir ki, bu barədə “Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilib.
Qeyd edək ki, strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3.4 dəfə üstələyib. (2023-cü ilin 9 ayının yekunu üzrə olan M2 pul aqreqatı götürülməklə).
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay