ABB-də vaxtı ötmüş kreditlər 2 dəfə artıb – RƏQƏMLƏR
“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) İdarə Heyətinin sədri Abbas İbrahimov bankın bir neçə illik nəticələrinə əsaslanan nailiyyətlərini açıqlayıb. ABB sədri sağlamlaşma dövründən sonra, yəni 2018-ci ildən etibarən əldə edilən uğurları ifadə edəcək rəqəmlər sırasında kredit portfelində artımı da qeyd edib. O bildirib ki, bu ilin bankın kredit portfeli oktyabr ayının sonuna 1,90 milyard manatdan 4,86 milyard manata yüksəlib, yəni 2,5 dəfə artıb.
Amma nədənsə, Bank sədri kreditlərin artım həcmini açıqlasa da, vaxtı ötmüş kreditlərinin həcmini açıqlamır. Onda gəlin, ABB sədrinin səsləndirmədiyi rəqəmləri biz qeyd edək.
Valyuta.az xəbər verir ki, bankın açıqladığı rəqəmlərə əsasən 2018-ci ildə ABB-nin vaxtı ötmüş kreditlərinin həcmi 193,5 milyon manat təşkil edib. Bu ilin oktyabrın 1-nə isə bu rəqəm 380,8 milyon manata bərabər olub. Başqa sözlə, müqayisə edilən dövr üzrə vaxtı ötmüş kreditlər 2 dəfəyə yaxın artıb. 2022-ci ilin sonu ilə müqayisədə isə ABB-nin vaxtı ötmüş kreditləri 41% və ya 110 milyon manat artıb. Bankın problemli kreditləri, yəni 90 gündən artıq gecikdirilmiş kreditlər ilin əvvəlində 109 milyon manat təşkil edibsə, III rübün sonuna 158,2 milyon manata yüksəlib. Bu isə 49,2 milyon manat və 45% çoxdur. Bu dövrdə problemli kreditlərin ümumi portfeldə çəkisi 3,1%-dən 3,5%-ə yüksəlib.
Ümidsiz kreditlər üzrə isə bu rəqəm son 9 ayda 10,7 milyon manat artaraq 70,3 milyon manatdan 81 milyon manata qədər yüksəlib.
Mahir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay