BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8293
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1332

Azərbaycanda bank, sığorta şirkəti və investisiya şirkətlərinin rəhbərlərinin – idarə heyəti və müşahidə (direktorlar) şurasıı üzvlərinin Mərkəzi Bank tərəfindən təsdiqlənməsi qaydası dəyişib.

Valyuta.az xəbər verir ki, bu AMB-nin idarə heyətinin 21 sentyabr 2023-cü il tarixli “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərin müşahidə (direktorlar) şurasının və icra orqanının üzvlərinin müsahibəsinin keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə qərarında nəzərdə tutuur.

Yeni qaydalarda maliyyə sektoru təmsilçiləri üçün maraqlı yeniliklər nəzərdə tutur.

Əvvəla qeyd edək ki, yeni qaydanın gətirdiyi əsas yenilik AMB tərəfindən aparılan OK-lənmə prosesinə sığorta şirkətlərinin və investiiya şirkətlərinin də cəlb edilməsidir. İndiyədək bu qayda yalnız bank və investiiya fondlarına aid idi, indi isə sığorta və investiiya şirkətlərinin rəhbərləri də müsahibə prosedurundan keçməli olacaqlar.

Digər tərəfdən, indiyədək bu qaydalar bankların inzibatçılarına aid idi- indi isə müşahidə şurasının üzvləri də «rentgen»dən keçəcəklər. 

Qeyd edək ki, belə qaydalar əvvəllər də var idi, yeri gəlmişkən AMB-nin təsdiqlədiyi yeni sənəddən sonra onlar qüvvədən düşüb. Amma həmin qaydalarda proses attestasiya adlandırılırdı. İndi isə qərara əsasən bankların, sığorta və investisiya şirkətlərinin icra orqanları və müşahidə şuralarının üzvləri iəvvəlki kimi attestasiyadan deyil, müsahibədən keçiriləcək.

Adından da göründüyü kimi, təsdiqləmə prosesinin adı «attestasiya»dan «müsahibə»yə çevrilməklə formal orlaraq yumşaldılıb, amma qaydalarda göstərilir ki, "Müsahibənin keçirilməsində məqsəd namizədin peşəkarlıq və bilik səviyyəsini yoxlamaqla, iddia etdiyi vəzifəyə uyğunluğunu müəyyən etməkdir".

Yeni qaydaların gətirdiyi maraqlı yeniliklərdən biri də namizədlərin biznes və şəxsi əlaqələri barədə daha detallı məlumatların tələb edilməsi olacaq.

Belə ki, qaydalara əlavə edilən anket formasında - hansı ki, namizədlər üçün onun bütün sualların cavab vermək məcburidir - namizədlərdən öz təhsil, peşə keyfiyyətləri və hazırlığı barədə  ənənəvi məlumatlarla yanaşı, payçılığı olduğu şirkətlər və şərik şəxslər ( o cümlədən xarici şirkətlər), onların  indiyədək müflis olub-olmaması, pozuntyya yol verib verməməsi, haqqında (namizədin özündən başqa şərikini də) məhkəmə qərarı və ya məhkəmə araşdırmasının olub-olmaması barədə məlumat vermək tələb olunacaq.

Anketdən hiss olunur ki, namizəddən son 5 il ərzində qüsursuz, fəaliyyət, o cümlədən ixtisası üzrə problemin olmaması tələb olunacaq.

Maraqlı məqamlardan biri odur ki, namizədin keçmişdə maliyyə problemlərinə görə, məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş hüquqi şəxsdə ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəl hüquqi şəxsin fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etməsi də nəzərə alınacaq. Əslində bu qayda indiyədək də vardı - amma bu qayda konkret vəzifələrə - idarə heyəti sədri və ya müavinlərinə aid idi- indi isə məsələyə daha geniş baxılacaq. yəni şəxsin vaxtilə bağlanmış şirkətin fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində rolu araşdırılacpq.

Nəhayət, yeni qaydalarla gətirilən ən maraqlı yeniliklərdən biri - namizəldlərin siyasi nüfuzlu şəxslərlə əlaqələrinin olub-olmaması araşdırılacaq. Anketdə bununla bağlı konkret suallar var - məsələn siyasi nüfuzlu şəxsin qohumusunuzmu və ya onunla əlaqəniz varmı? 

Qeyd edək ki, "Siyasi nüfuzlu şəxs" anlayışı Azərbaycavn qanunvericiliyində dəqiq təsbit olunub - belə ki, “siyasi nüfuzlu şəxslər”, “siyasi nüfuzlu şəxslərin yaxın qohumu” və “siyasi nüfuzlu şəxslərin yaxın münasibətdə olduğu şəxs” dedikdə, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 1.1.24-cü, 1.1.25-ci və 1.1.26-cı maddələrində qeyd olunan anlayışlar nəzərdə tutulur. 

1.1.24. siyasi nüfuzlu şəxslər – hər hansı dövlətdə (ərazidə) və ya beynəlxalq təşkilatda mühüm dövlət və ya ictimai vəzifə tutan və ya əvvəllər belə vəzifəni tutmuş şəxslər (dövlət və hökumət başçıları, dövlət orqanlarının (qurumların) rəhbərləri, onların müavinləri, qanunverici orqanın üzvləri, siyasi partiyaların idarəetmə orqanlarının üzvləri, ali və konstitusiya məhkəmələrinin hakimləri, ali auditi həyata keçirən nəzarət orqanlarının və mərkəzi bankların idarəetmə orqanlarının üzvləri, fövqəladə və səlahiyyətli səfirlər, müvəqqəti işlər vəkilləri, ali hərbi və ali xüsusi rütbəli şəxslər, dövlət müəssisələrinin idarəetmə orqanlarının üzvləri, beynəlxalq təşkilatların rəhbərləri, onların müavinləri, idarəetmə orqanlarının üzvləri);

1.1.25. siyasi nüfuzlu şəxslərin yaxın qohumları – siyasi nüfuzlu şəxslərin valideynləri, babaları, nənələri, əri, arvadı, uşaqları, nəvələri, doğma və ögey qardaşları və bacıları, övladlığa götürənləri (götürülənləri);

1.1.26. siyasi nüfuzlu şəxslərin yaxın münasibətdə olduğu şəxslər – siyasi nüfuzlu şəxslə eyni hüquqi şəxs və ya xarici hüquqi təsisatın ortaq benefisiar mülkiyyətçisi olan və ya onunla istənilən digər sıx sahibkarlıq münasibətində olan fiziki şəxslər, siyasi nüfuzlu şəxslərin faktiki mənfəət əldə etməsi məqsədilə təsis edilmiş hüquqi şəxsin və ya xarici hüquqi təsisatın təsisçisi və ya benefisiar mülkiyyətçisi olan fiziki şəxslər və yaxud adlarına siyasi nüfuzlu şəxsə faktiki məxsus əmlaka hüquqların rəsmiləşdirildiyi şəxslər;

Anketdə namizədlərə ünvanlanacaq maraqlı suallardan biri onun iddia etdiyi vəzifə ilə bağlı hazırlığının özü tərəfindən qiymətləndirilməsi olacaq. Məsələn, suallaran biri belə qoyulub:

İddia etdiyiniz vəzifənin aid olduğu sahə üzrə aşağıdakı istiqamətlərdə bilik və bacarıqlarınızın səviyyəsi:

Strateji planlaşdırma:

a) Zəif

b) Orta

c) Yaxşı 

Daxili nəzarət və risklərin idarə edilməsi:

a) Zəif

b) Orta

c) Yaxşı

Qaydalara əsaən əvvəlki variantda - attestasiyada olduğu kimi, müsahimbədə də namizədə suallar verilir və onun cavablarından asılı olaraq 5 nəfərlik müsabiqə komissiyasının üzvləri sadə səs çoxluğu ilə namizdi qəbul edib-etməmək barədə qərar verirlər.

Yeni qaydalara əsasən müsahibədə video çəkiliş də aparıla bilər - bu namizədin razıığından asılıdır, eləcə də namizədin işə qəbul olunacağı qurumun, məsələn bankın və ya sığorta şirkətlərinin 2 nümayəndəsi də qatıla bilər.

Qaydalara əsasən müsahibədən keçməyən və ya üzrsüz səbəbdən müsahibəyə ümumiyyətlə gələ bilməyən şəxslər 3 aydan sonra yenidən təqdim oluna bilərlər.

© FED

Son xəbərlər

"Realme" yeni smartfonunu təqdim etdi (FOTO)

Yaponiya Rusiyaya kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

“Rotary Motors”a protokol yazıldı

Yeni "Moskvich" belə olacaq - Qiyməti açıqlandı

"Google" irqçilikdə ittiham olunur

Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb

Reklam haqqında qanunu pozan şirkətə protokol yazıldı

Dövlət qurumu məhkəməyə verildi

"Tesla"nın 25 min dollarlıq avtomobili yeni zavodda istehsal olunacaq

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda çatdı

“Bakıinşaatsənaye” 25000 manat cərimələnə bilər

“Zəlzələnin həyət və bina evlərinin qiymətlərinə hər hansı təsiri olmayacaq”

“Az Texnika LTD” məcburi auditdən yayınmaqda ittiham edilir

“Technoak”a qarşı ittiham

"Apple"ın dəyəri rekord dərəcədə artdı

Rusiya ilə neft tədarükü haqqında sazişə dəyişiklik: Qazaxıstan parlamenti qanunu təsdiqlədi

Şəki Mərkəzi Xəstəxanası köhnə avtomobillərin təmirinə 45000 manat xərcləyəcək

Türkiyə və Türkmənistan türkmən qazının İran vasitəsilə nəqlini müzakirə edir

“Azərtütün” məhkəməyə verildi

Keçmiş işçisi Neftçilər Xəstəxanasını məhkəməyə verdi

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Yeni rüsumlar müəyyənləşir

Azərbaycanda bu il turizmin inkişafı üçün görülmüş işlər açıqlanıb

Bu şəxslər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Seymur Orucov Köhnəqışlaq kəndində səyyar qəbul keçirdi (FOTO)

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bütün xəbərlər