BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
36531

Hazırda dünyada baş verən qlobal proseslər, işsizlik və digər amillər səbəbindən insanlar öz ölkələrini tərk edir, qanuni və ya qeyri-qanuni yolla başqa ölkələrdə yaşamağa və çalışmağa başlayırlar. Vətəndaşların köç etdiyi ölkələr sırasında multikultural dəyərləri və sabitliyi ilə seçilən Azərbaycan da var. Bəs həmin ölkə vətəndaşları Azərbaycanda beynəlxalq ödəniş kartlarını əldə edə bilərlərmi? Bununla bağlı hansı tələblər var?

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı “Report”un sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, rezidentlik statusundan asılı olmayaraq hesaba bağlı ödəniş kartlarının verilməsi xidməti “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”, “Ödəniş kartlarının emissiyası və istifadəsi Qaydaları”, habelə “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar"ı ilə tənzimlənir.

"Belə ki, hesabların açılması zamanı istər rezident, istərsə də qeyri-rezident şəxslərin müştəri uyğunluğu tədbirləri həyata keçirilir və nəticəsinə müvafiq olaraq banklar tərəfindən hesabların açılması və aparılması barədə qərar qəbul edilir. Odur ki, banklar tərəfindən bank hesabının açılması üçün müraciət edən şəxslərdən sözügedən Qaydaların tələblərinə uyğun olaraq məlumatlar əldə olunur. Bu xüsusda, müştəri profili üzrə risk qiymətləndirməsi həyata keçirilir və müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumatlar verifikasiya edilir", - deyə AMB-dən məlumat verilib.

Beləliklə, əgər şəxs müştəri uyğunluğu və məlumatların verifikasiyası proseslərindən keçə bilirsə bank hesabı aça və müvafiq ödəniş kartı verilə bilər.

"Report"a açıqlama verən “MasterCard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş direktoru Avşar Gürdal bildirib ki, hər hansı bir ölkənin vətəndaşının Azərbaycanda yaşamaq icazəsi varsa, burada kirayə haqqı, kommunal xərcləri ödəyirsə, bankların dəyərləndirməsindən müsbət keçibsə, Azərbaycanın yerli və “MasterCard”ın qlobal tələblərinə görə şirkətin kartını əldə etməsi mümkündür. Burada heç bir ölkə vətəndaşına məhdudiyyət yoxdur. Lakin vətəndaş turist kimi gəlibsə və qısa müddətdən sonra öz ölkəsinə dönəcəksə o zaman səfər etdiyi ölkədə “MasterCard”ın kartını əldə etməsi qaydalara uyğun deyil.

“Visa” beynəlxalq kart təşkilatının mətbuat xidmətindən “Report”a verilən açıqlamada isə qeyd edilib ki, “Visa” emitenti kartların emissiya ilə bağlı əməliyyatlarını həyata keçirmək üçün lisenziyası olduğu ölkədən kənarda müştərilərə müraciət edə və ya “Visa” kartları buraxa bilməz: "Bu qayda uzun illərdir ki, mövcuddur və bütün regionlarda tətbiq olunur. Bütün “Visa” məhsulları bu təşkilatın qaydalarına və qüvvədə olan qanunlarına uyğun olaraq verilməlidir. Buraya müştəriləri tanımağa dair tələblər (“Know Your Client”) və çirkli pulların yuyulması ilə mübarizə də (“Anti-Money Laundering”) daxildir".

Şirkət tərəfindən əlavə edilib ki, xarici vətəndaşa başqa ölkədə çalışarkən iş icazəsi verilir: "Verilən icazəyə əsasən onlara kartların verilməsi məsələsinə baxılır. Burada daha çox ölkənin qoyduğu qanunlara diqqət yetirilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Rubl və avro bahalaşdı - Məzənnə

Neftimizin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Pulsuz tibbi xidmətlərin sayı artırılır - RƏSMİ

Süni intellekt əsəb və stresi azalda bilərmi? - Araşdırma - SƏHƏR OXUSU

Tehran və Moskvanın dollarla vidalaşması

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin