Bank
14.11.2023 / 17:34
AMB milli pul nişanlarının reproduksiyasını tənzimləyən yeni qaydaları təsdiq edib
36452
Azərbaycanda milli pul nişanlarının reproduksiyasını (bənzədilmiş surətdə hazırlanması) tənzimləyən yeni qaydalar təsdiq edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin 25 oktyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının reproduksiyası Qaydası” 3 noyabr 2023-cü il tarixindən qüvvəyə minib.
Qayda ilə milli kağız və metal pul nişanlarının reproduksiyasına dair tələblər, o cümlədən pulların reproduksiyası zamanı ölçülərinə dair tələblər, elektron reproduksiyaya qarşı keyfiyyət parametrləri müəyyən edilir. Reproduksiya qaydalarının tələblərini pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunur.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay