Bank
13.11.2023 / 12:35
Taleh Kazımov: Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb
36332
Mərkəzi Bankın bu ilin 10 ayında keçirdiyi valyuta hərraclarının 99-da təklif tələbi üstələyib.
Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O bildirib ki, AMB-nin ehtiyatları 1 milyard 248 milyon manat ABŞ dolları artıb: “Valyuta bazarında məzənnə sabitliyinin təmin edilməsi məqsədilə AMB bazara alışyönümlü müdaxilələr həyata keçirib. Bunun sayəsində AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb”.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay