Bank
03.11.2023 / 14:39
“Aqrarkredit” BOKT-un dividend ödənişi üzrə proqnoz 5% artırılır
35870
“Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) 2024-cü ildə dövlət büdcəsinə 220 min manat divident ödəməsi nəzərdə tutulur.
Valyuta.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,8 % çoxdur.
Rəydə həmçinin deyilir ki, bu ilin yanvar-avqust aylarında kredit təşkilatı 200 min manat dividend ödəyib və proqnozu 95,2 % icra edib.
Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 45,339 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay