AYİB Azərbaycan üzrə investisiya portfelini yenidən artırıb
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi bu il sentyabrın 30-na 814 mln. avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) artıb. Bu rəqəm bank tərəfindən təqdim edilən əvvəlki göstərici ilə müqayisədə 3,4% və ya 27 mln. avro çoxdur. İcra edilən aktiv layihələrin sayı isə 31 olaraq qalıb.
Valyuta.az xəbər verir ki, bu barədə AYİB-dən bildirilib.
Qeyd olunub ki, portfelin 88%-ni (719 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 8%-ni (67 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 4%-ni (29 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 7,1% artaraq 734 mln. avro təşkil edib.
Beləliklə, AYİB bu günədək Azərbaycana 188 layihə çərçivəsində 3,610 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 87,1 %-i (3,145 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay