İnflyasiya növbəti orta müddətdə hədəf diapazonunda olacaq
AMB-nin proqnozlarına görə, inflyasiya növbəti orta müddətdə hədəf diapazonunda olacaq.
Valyuta.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O qeyd edib ki, orta müddət dedikdə iki il nəzərdə tutulur.
“Biz hər illik inflyasiyaya baxmırıq. Orta müddətli inflyasiyaya baxırıq. Digər tərəfdən, valyuta bazarında təklifin tələbi kəskin üstələməsi şəraitində, həmçinin, yumşalma siyasətini aparırıq. Planımıza görə, bu ilin sonuna kimi pul bazamız 20%-dək artacaq. Bu da gələcəkdə makroiqtisadi sabitlik nöqteyi-nəzərdən kifayət qədər risklər yaradır. Ona görə də uçot dərəcəmizin parametrlərini aşağı salırıq ki, gələcək təsirləri məhdudlaşdıraq”, - deyə o əlavə edib.
© Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay