Bank
02.11.2023 / 14:05
Mərkəzi Bankın sədri: Vergi güzəşti bitdikdən sonra fiziki şəxslərin depozitlərində artım tempi azalıb
35781
Cari ildə fiziki şəxslərin əmanətlərində de-dollarlaşma davam edib. Fiziki şəxslərin xarici valyuta olan depozitləri 4,1 faiz bəndi azalaraq 35%-ə düşmüşdü.
Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
Taleh Kazımov qeyd edib ki, narahatlıq doğuran əsas məsələ fiziki şəxslərin əmanətlərin strukturudur: “Bu ilin fevral ayında vergi güzəşti bitdikdən sonra fiziki şəxslərin 30 min manata olan depozitlərində artım tempi azalıb. Vergi Məcəlləsində təklif olunan dəyişiklərdə bu fiziki şəxslərin stimullaşdırılması təklif olunur”.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay