02.11.2023 / 09:38
\"Bank Respublika\"nın banklar və digər maliyyə institutlarındakı depozitləri 14 milyon manatdan çox azalıb
35725
"Bank Respublika" ASC bu ilin yanvar-sentyabr aylarında banklar və digər maliyyə institutlarındakı depozitləri ilin əvvəli ilə müqayisədə 14 milyon 809 min manat, yaxud da 10, 8% azalaraq 122 milyon 362 min manat təşkil edib.
Valyuta az maliyyə hesabatına istinadən xəbər verir ki, "Bank Respublika" ASC-nin ilin əvvəlində banklar və digər maliyyə institutlarındakı depozitlərinin məbləği 137 milyon 171 min manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında "Bank Respublika" ASC-nin aktivləri 1 milyard 864 milyon 499 min manat təşkil edib. Bu isə ilin əvvəli ilə müqayisədə 17,6% çoxdur.
Nara
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay