Bank
01.11.2023 / 15:26
AMB sədri 2026-cı ilə kimi iqtisadi artım proqnozunu açıqlayıb
35676
Azərbaycan Mərkəzi Bankı gələn il üçün ümumdaxili məhsulda artımla bağlı proqnozunu açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov məlumat verib.
O bildirib ki, 2023-cü ildə ÜDM-də 1,5% artım proqnozlaşdırılıb. 2024-cü il üzrə bu göstərici 3,5%, 2025-ci il üzrə 4% müəyyən edilib.
Taleh Kazımov qeyd edib ki, AMB qeyri-neft ÜDM-i bu il üzrə 3%, 2024-cü ildə 6% və 2025-ci ildə 5,5 % proqnozlaşdırıb.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay