Banklar bağlanır, amma yenisi yaranmır - Səbəb
“Düşünürəm ki, bugünkü şəraitdə yeni bankların yaranmasına deyil, mövcud bankların investisiya yönümlü olmasına ehtiyac var”.
Bunu iqtisadçı Elşad Məmmədov Valyuta.az-a dedi.
Azərbaycanda bankların bağlanması gündəm olsa da, uzun zamandır yeni bankın yaradıldığını müşahidə etmirik. Sonuncu dəfə 2015-ci ildə “Ziraat Bank” fəaliyyətə başlayıb. Bəs Azərbaycanda yeni bank niyə yaranmır?
Elşad Məmmədov deyir ki, yeni bankın yaradılması üçün bazarda tələbat olmalıdır: “Bank sektorunda əlavə bankların bazara çıxması üçün bazarda müvafiq tələbat olmalıdır. Bazarın, maliyyə bazarının, investisiyaların həcmi artmalıdır ki, bunun da əsasında banklar aktivlərini yığışdırsınlar, ölkə iqtisadiyyatına yatırımlar olsun. Nəticədə bank sektoru genişlənsin”.
E.Məmmədov bildirir ki, hazırda yeni bankın yaranmasından çox mövcud bankların investisiya yönümlü olmasına ehtiyac var: “Yəni banklar ölkə iqtisadiyyatına əsaslı kapital qoyuluşlarını, investisiyaları yaradaraq onları real iqtisadiyyata istiqamətləndirməklə məşğul olmalıdırlar.
Fikrimcə, Azərbaycanın bank sektoru hələ də lazımi səviyyədə bu tələbə cavab vermir. Burada söhbət bankların az olmasında deyil, onların həm öhdəliklərində, həm də aktivlərindəki durumla bağlıdır. Yəni həm öhdəliklərdə, həm aktivlərdə çox ciddi struktur dəyişikliklərə nail olmalıdır ki, banklar real sektoru lazımi səviyyədə maliyyələşdirsinlər”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay