Bank
01.11.2023 / 10:24
Mərkəzi Bankın baş direktoru: Azərbaycanda token əməliyyatların həcmi 2 mlrd. manata yaxınlaşıb
35637
Azərbaycanda beynəlxalq kart təşkilatlarının dəstəyi ilə token əməliyyatlarından geniş istifadə olunur.
Valyuta.az xəbər verir ki, bunu VII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Mərkəzi Bankın baş direktoru Fərid Osmanov deyib.
O bildirib ki, "Apple Pay" və "Google Pay" ödəniş kanalları vasitəsilə ödənişlər aktivləşib. Bu ilin 9 ayında Azərbaycanda token əməliyyatlarının həcmi 1,9-2 milyard manata çatıb. Post terminalla aparılan əməliyyatlarda token ödənişlərinin payı 27%-ə çatıb. O bildirib ki, təmassız ödəmələrdə daha çox mobil cihazlara üstünlük verilib.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay