Bank
31.10.2023 / 09:34
ABB-nin risk dərəcəli aktivləri 948 milyon manat artıb
35545
“Azərbaycan Beynəlxalq Bankı” ABB-nin bu ilin yanvar-sentyabr aylarında risk dərəcəsi üzrə ölçülmuş yekun aktivləri 948 milyon 087 min manat, yaxud da 14,8% artaraq 7 milyard 334 milyon 012 min manat təşkil edib.
Valyuta.az bankın maliyyə hesabatına istindən xəbər verir ki, ABB-nin ötən ilin yanvar-sentyabr aylarında risk dərəcəsi üzrə ölçülmuş yekun aktivləri 6 milyard 385 milyon 925 min manat təşkil edib.
ABB-nin aktivləri bu ilin yanvar-sentyabr aylarında 11 milyard 434 milyon 796 min manat təşkil edib, bu isə illik müqayisədə 8% azdır.
Xatırladaq ki, ABB-nin aktivləri 2022-ci ilin yanvar-sentyabr aylarında 12 milyard 432 milyon 464 min manat təşkil edib.
Nara
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay