Palata: “Azər-Türk Bank” büdcəyə dividend ödəməkdən yayınır
Dövlətə məxsus ikinci böyük bank - “Azər-Türk Bank” ASC proqnozlaşdırıldığı halda büdcəyə dividend ödəməkdən yayınır.
Valyuta.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2024-ci ilin dövlət büdcəsinin layihəsinə verdiyi rəydə bildirilib.
Eləcə də bax: ‘‘Azər-Türk Bank”ın biznes kreditlərinin həcmi azalıb, istehlak kreditləri artıb
""Azər Türk Bank" ASC-nin xalis mənfəətinin 2021-ci ildə 0,5 mln. manat, 2022-ci ildə 12.1 mln. manat təşkil etməsinə baxmayaraq, 2021-2022-ci illərdə və 2023-cü ilin 8 ayı ərzində dövlət büdcəsinə dividend ödənişi həyata keçirilməyib. Nəticədə 2023-cü il 01 yanvar vəziyyətinə 14.7 mln. manat bölüşdürülməmiş mənfəət mövcud olub"- Palatanın rəyində vurğulanıb.
Qeyd edək ki, 2023-cü il üzrə Bankın dövlət büdcəsi üzrə öhdəliyi 1 milyon manat proqnozlaşdırılıb.
Xatırladaq ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Səhmlərin 12,4%-i “Ziraat Bank”a, 11%-i “Ziraat Bank International”a, 6,5%-i “AzRe Reinsurance”yə, 5%- isə "Qala Həyat" sığorta şirkətinə məxsusdur.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay