Bank
30.10.2023 / 11:33
“Muğan Bank”ın qiymətli kağızlarının delistinq edilməsi qərar verildi
35479
“Muğan Bank” ASC-nin qiymətli kağızlarının delistinq edilməsi qərarı verilmişdir.
Valyuta.az bu barədə BFB-yə istinadən xəbər verir.
Listinq Komitəsi tərəfindən Bakı Fond Birjasının listinq qaydalarının 13.1.2-ci bəndinə əsasən “Muğan Bank” ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan AZ1001005466 ISIN kodlu qiymətli kağızının delistinq edilməsi qərarı alınmışdır. Qeyd edək ki, Bakı Fond Birjasının listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay